Ermənistanda həyata keçiriləcək TRIPP layihəsinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə birbaşa əlaqəsi yoxdur.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
"TRIPP layihəsinin sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi ilə birbaşa əlaqəsi yoxdur. Ayrı bir müqavilə imzalanır və bu müqavilə həyata keçiriləcək", - Baş nazir bildirib. Toyuqlu pizza
Xatırlatma: mayın 26-da Ermənistanda ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Trampın Beynəlxalq Sülh və Rifah Təşəbbüsü (TRIPP) çərçivəsində strateji əməkdaşlıq haqqında çərçivə müqaviləsi imzalanıb.
Telegram kanalımız