Tullantı artır, təkrar emal çökür: Azərbaycanda həyəcanverici mənzərə

saytların hazırlanması

Evə çatdırılma

Tullantı artır, təkrar emal çökür: Azərbaycanda həyəcanverici mənzərə

İqtisadiyyat

29 Sentyabr 2026 16:43 64


Ölkədə yaranan tullantıların həcmi ilbəil artsa da, təkrar emal bazarında kəskin geriləmə müşahidə olunur. Açıq məlumatlara istinadən xəbər veririk ki, 2024-cü ildə ölkə üzrə 4 milyon 365 min ton tullantı formalaşıb ki, bu da əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur.

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov bildirib ki, formalaşan tullantıların 69,3 faizini, yəni 3 milyon 25 min 400 tonunu bərk məişət tullantıları təşkil edib:

“Yaradılan bu nəhəng həcmin 80,5 faizi birbaşa poliqonlara daşınıb, 19,2 faizi enerji əldə olunmasına yönəldilib, cəmi 0,3 faizi isə ölkə daxilində təkrar emal üçün satılıb. Dördpendirli pizza

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə satılan pay 1,1 faiz olduğu halda, poliqonlara daşınan pay 79,4 faiz təşkil edirdi. Mənzərə göstərir ki, təkrar emal zənciri genişlənmək əvəzinə, daha da daralır”.

Ekspert qeyd edib ki, vətəndaşların tullantıları çeşidləyərək toplamasından gəlir əldə edə biləcəyi mexanizm mövcud deyil və bu sahədə maarifləndirmə yetərsizdir:

“Çeşidlənmənin olmaması logistika və istehsal xərclərini artıraraq son məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Prosesin sürətləndirilməsi üçün Almaniyada 98, Norveçdə 92, Litvada isə tətbiqindən cəmi 2 il sonra 92 faizlik nəticə verən Depozit-Geri Qaytarma Sisteminin (DRS) vacibliyini nəzərə almaq lazımdır.

Həmçinin təkrar emalla məşğul olan müəssisələrə maliyyə, vergi və investisiya güzəştlərinin tətbiq edilməsi də zəruridir”.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!