“Tullantıları ekoçantaya dəyiş” aksiyası davam edir 

saytların hazırlanması

Evə çatdırılma

“Tullantıları ekoçantaya dəyiş” aksiyası davam edir 

Sosial

25 Aprel 2023 16:59 566


Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası Sumqayıt şəhərində yerləşən Araz supermarketin qarşısında keçirilib. 

Aksiya zamanı vətəndaşlar ümumi tutumu 657 litr olan plastik tullantı, 166 litr tutumu olan şüşə butulka/banka və 291 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.  

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa, eyni zamanda polietilen paketlərdən istifadəni azaltmağa, ekoloji cəhətdən təmiz çantalardan istifadə etməyə çağırırıq.  pizza sifarişi


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!