2 nəfərin boğulduğu tuneldə nasoslar işləməyib?

saytların hazırlanması

Evə çatdırılma

2 nəfərin boğulduğu tuneldə nasoslar işləməyib?

Sosial

25 Oktyabr 2024 15:06 490


Bakıda "Sabunçu dairəsi" kimi tanınan ərazidə yerləşən avtomobil keçidində nasos təsərrüfatının işlək vəziyyətdə olduğu təsdiqlənib.

Yenisabah.az modern.az-a istinadla "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin baş mühəndisi Əfqan İsrəfilov bildirib.

O qeyd edib ki, ADY-nin İnfrastruktur departamentinin rəhbərliyi və mütəxəssisləri, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Sabunçu Rayon Prokurorluğu tərəfindən ərazidə birgə yoxlama aparılıb: Pepperoni pizza

"Yoxlama nəticəsində bütün nasosların yağıntının gücləndiyi tarixdə və tuneli yağış suları basana qədər işlək vəziyyətdə olduğu və hazırda da işlədiyi qeydə alınıb. Tuneldə baş vermiş subasma hadisəsinin ADY-nin infrastrukturu ilə, həmçinin nasos təsərrüfatı ilə əlaqəsi olmayıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!