Xalq artisti Tünzalə Ağayeva gündəmdə olan bayağı mahnılardan söhbət açıb.
Yenisabah.az xəbər xəbər verir ki, İTV-də yayımlanan “Fatehin Divanı” proqramının qonağı olan sənətçi bu tip mahnıların yayılmasına imkan verilməməli olduğunu deyib:
“Savadsızlıq, cahillik daim gündəm tutur. İmkan vermək olmaz ki, keyfiyyətsiz ifaçılar, musiqiçilər daim gündəmdə olsun. Bunu da düzgün, yaxşı işlərlə, güclü layihələrlə etməliyik. Gənclər var düşünürlər ki, Avropa musiqisi oxuyanda müasirdilər. Yox, elə deyil. Təsnifləri, aşıq, xalq mahnıların öyrənin. Damarımızdan axan qan fransız olmayacaq. Bir hindlinin bizim mahnını təkrar etməsi maraqlıdır? Bir çinlinin gəlib muğam oxuması maraqlıdır? Biz biz olduğumuz üçün maraqlıyıq. Əminə, sən gedib Fransada Fransuaz olmayacaq. Amma gedib xaricdə fransız dilində özün haqda gözəl danışa, tanına bilərsən. Təbliğat olmalı, məktəblər açılmalıdır. Bu, mənim yaralı yerimdir. Təhsil Nazirliyinə qədər müraciət etmişəm, gözəl qarşılayıblar. Hesab edirəm ki, cəmiyyətimizdə peşələrin inkişafına toxunacağıq. Bunu təkcə dövlət yox, iş adamları da edə bilərlər". pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız