Tünzalə tez-tez imic dəyişdirməsinin səbəbini açıqladı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Tünzalə tez-tez imic dəyişdirməsinin səbəbini açıqladı - Video

Şou

24 Avqust 2023 10:50 589


Xalq artisti Tünzalə Ağayeva son vaxtlar imicində etdiyi dəyişikliklər barədə danışıb. 

Yenisabah.az xəbər verir ki, Söz.az-ın "Söz sizdə" layihəsində qonaq olan sənətçi bildirib ki, səhnə adamı uzun illər eyni obrazda qala bilməz. Onun sözlərinə görə, səhnə rəngarəngliyi sevir: 

"Səhnə ona görə hər zaman aktualdır ki, orada gözlənilməz şeylər, maraqlı hekayələr başlayır. O hekayələri sən qurursan, özün də həmin hekayənin qəhrəmanına çevrilirsən. Peşəmi çox sevdiyim üçün hər zaman axtarışdayam, hər zaman yenilik istəyirəm. Hansısa tamaşaçı buna hazırdır, yoxsa deyil, bu, onun seçimidir. Artistin özününün seçimi var, rəngarənglik olmasa, əks reaksiya baş verəcək və həmişə eyni qalan artist, həmişə eyni qalan səhnə olacaqsan. Səhnə eyni qala bilməz. Bir dəfə oxunan mahnının effekti olur və tarixə gedir. O obrazı özləyən, həsrətini çəkən tamaşaçı ona təzədən baxacaq". Dördpendirli pizza

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!