Mərhum Əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") dul əri Röyal Babayev növbəti emosional paylaşım edib.
"Yeni Sabah" xəbər verir ki, vəfatdan 1290 gün keçdiyini bildirən Röyal Babayev bu günlərin onun üçün çox ağır keçdiyini deyib.
O, qızı Zəhranın ad günü ərəfəsində gördüyü yuxunu da izləyiciləri ilə bölüşüb: Pepperoni pizza
"1290 gün oldu artıq həyat yoldaşıma həsrət qalmışam, çətin keçir 1,290 gün, həm də çox çətin. Uzaqdan-uzağa sevirik, darıxırıq artıq. O da, mən də qəbul etmişik ki, bu dünyada bir araya gəlməyəcəyik. Bu dünyada 9 il nəsib oldu, qalanı artıq haqq dünyasına qaldı. Zəhramın ad günü yaxınlaşır, yuxuma gəldi, balaca tort var idi əlində, dedi ki, Zəhramı təbrik etməyə gəlmişəm.
Ad günü qeyd etdik. Sonra isə "Röyal, sən layiqincə Zəhramızı böyüdəcəksən" dedi və anidən "zamanım doldu, mən getdim" deyib yox oldu. Quranda Allahı şahid gətirin, şübhəsiz ki, ən gözəl şahid Allahdır" yazır. Allahı şahid gətirirəm, 1290 gün ərzində həyat yoldaşıma nə xəyanət etdim, nə bir bacımıza yan gözlə baxdım. İnşallah, tezliklə görüşəcəyik".
Cəlalə Cəlalqızı
Telegram kanalımız