Turan Bayramov erməni idmançıya qalib gəlib bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Turan Bayramov erməni idmançıya qalib gəlib bürünc medal qazandı

İdman

27 Fevral 2021 23:36 1014


Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda bürünc medal görüşünə çıxıb.

Yenisabah.az xəbər verir ki, 65 kq-da mübarizə aparan idmançı Ukrayna təmsilçisi Erik Aruşanyanla üz-üzə gəlib.

Erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edən Bayramov bürünc medal qazanıb.

Qeyd edək ki, Turan Bayramov 1/16 finalda meydan sahiblərinin digər erməni əsilli güləşçisi Qor Ohannesyana qalib gəlib.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!