Turan İbrahimov yüksək vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Turan İbrahimov yüksək vəzifəyə təyin olundu

Sosial

23 Sentyabr 2025 21:14 2502


Azərbaycanın aparıcı telekanallarından biri olan Baku TV-də mühüm kadr təyinatı həyata keçirilib. Tanınmış telejurnalist Turan İbrahimov kanala baş redaktor vəzifəsinə təyin olunub.

Yenisabah.az xəbər verir ki, 20 illik jurnalist təcrübəsinə malik olan Turan İbrahimov indiyədək ölkənin bir sıra telekanallarında müxtəlif vəzifələrdə çalışıb. Televiziya fəaliyyəti ərzində tamaşaçı rəğbəti qazanan peşəkar jurnalist bir neçə müəllif proqramı ilə geniş izləyici auditoriyasına xitab edib.

Bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilən Turan İbrahimov yeni təyinatadək Baku TV-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri olaraq fəaliyyət göstərirdi./Oxu.az Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!