Türk lirəsi ucuzlaşdı, türk malları da ucuzlaşacaq?

saytların hazırlanması

Evə çatdırılma

Türk lirəsi ucuzlaşdı, türk malları da ucuzlaşacaq?

Sosial

23 İyun 2023 16:06 1545


Türkiyənin milli valyutası ABŞ dolları qarşısında dəyər itirməyə davam edir. Türkiyə lirəsi növbəti dəfə tarixi minimuma düşüb. Hazırda 1 dollar 25,24 lirəyə qalxıb, avro isə 27,39 lirə olub. 

Bəs Türkiyədə lirənin ucuzlaşması həmin ölkənin istehsal etdiyi məhsulların Azərbaycandakı qiymətlərinə təsir edəcəkmi?

Mövzu ilə bağlı "Yeni Sabah" açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Türkiyədə lirənin ucuzlaşması Azərbaycana yalnız rəqbətli bazar mühiti yaradıldığı təqdirdə müsbət təsir edə bilər:  Dominos pizza

"Əslində Azərbaycanda rəqabətli mühit və bazara çıxış imkanlarının çoxşaxəli modeli olsaydı, bu ucuzlaşma çoxdan bizə də təsir edərdi. İnternet çağı elə bir sürət yaradıb ki, bizim yaddaşımız da qısalıb. Cəmi 4-5 il bundan qabaq 6-7 türk lirəsi 1 dollar idi. İndi isə 25-ə qədər qalxıb. Bu illər ərzində türk malları bizdə onsuz da ucuzlaşmalı idi. Amma bu, təəssüf ki, baş vermədi. Problem də məhz bundan ibarətdir ki, bazara çıxış imkanları məhduddur. Yəni türk şirkətlərinin birbaşa Azərbaycana çıxış imkanları yoxdur və Azərbaycan bazarında fəaliyyət göstərən azsaylı oyunçuların bazarda  qiymət diqtəsi də yüksəkdir. Əgər bunların qarşısı alınıb rəqabətli mühit yaransaydı, təbii ki, lirənin dəyərdən düşməsi, Azərbaycan manatının sabit qalması Azərbaycanda türk məhsullarının ucuzlaşmasına səbəb olmalı idi. Amma çox təəssüf ki, biz bunu görmürük. Bu ucuzlaşma yeganə olaraq Türkiyəyə gedən azərbaycanlılara müsbət mənada təsir göstərir. Onlar 1-2 ay bundan əvvəl gedib Türkiyədə 100 dolları xırdalayanda 1900 lirə alırdılarsa, indi 2500 lirə alacaqlar. Lirənin ucuzlaşması bu mənada təsir göstərir, amma bazar açıq olsa, maneələr aradan qalxsa, rəqabətli mühit olsa, Türkiyə məhsullarının Azərbaycan bazarına daha rahat və ucuz girməsinə şərait yaranardı. Əfsuslar olsun, Azərbaycanın iqtisadi modelində olan problemlər bu ucuzlaşmanı hiss etməyə imkan vermir". 

İqtisadçının sözlərinə görə, bazar açıqlmasa və Türkiyə şirkətlərinin Azərbaycan bazarına rahat girişi təmin olunmasa, heç bir ucuzlaşmadan söhbət gedə bilməz: 

"Bu gün insanlara məhsulları onlayn şəkildə Türkiyədən sifariş etmək də sərf etmir. Azərbaycanda ən populyar platforma "Trendyol" idi. Onunla da bağlı məhdudlaşdırıcı tədbirlər görüldü. Təəssüf ki, bu da tək əldə birləşdirildi. Əgər bazar açılmasa, heç nəyin qiyməti düşməyəcək. Bu, iqtisadiyyatın qızıl qanunudur. İqtisadiyyatı elm kimi düşünsək, bu elmin çox da böyük tarixi yoxdur, son 300-400 ildə yaranmış elmdir. Yaranan gündən bu günə qədər də qızıl qanun dəyişməyib: rəqabət hər zaman qiyməti ucuzlaşdırır. Bu gün Azərbaycandakı rəqabətsizlik mühiti qiymətlərin də yüksək olmasına əsas yaradan faktordur".

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!