Türk müğənni təşkilatçıya 79 min “atdı“

saytların hazırlanması

Evə çatdırılma

Türk müğənni təşkilatçıya 79 min “atdı“

Şou

07 Sentyabr 2019 17:16 1470


Türk müğənni Emre Kaya müqavilə bağladığı təşkilatçıya fırıldaq gəlib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi aldığı 70 min lirəni geri qaytarmayıb. Təşkilatçı Hasan Özdemir Kayanın meneceri ilə görüşüb, ifaçının səhnə təşkilatçısı olmağı qəbul edib.

İstanbul Şişlidə olan bir məkanda gerçəkləşən görüşdə tərəflər müqavilə imzalayıb. Özdemir ilk görüşdən sonra müğənninin meneceri Gizem Sazcıya 30 min lirə verib. Amma Sazcı müqavilənin imzalanmış formasını Özdemirə geri göndərməyib. Pepperoni pizza

Sonra Özdemir ona pulun hamısını verdikdən sonra müqaviləni göndərəcəyini deyən menecerə 70 mini bütöv ödəyib. Amma təşkilatçı ondan sonra nə müğənnini, nə də menecerini tapa bilməyib. O, məhkəməyə müraciət edib və 79 min lirə istəyib. Müğənni ilə bağlı məhkəmə araşdırma aparmağa başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!