Türkan Gündüzün qatilinə 4 ay həbs - Baş Prokurorluq açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Türkan Gündüzün qatilinə 4 ay həbs - Baş Prokurorluq açıqladı

Kriminal

08 May 2023 17:53 1283


Abşeronda arvadını qətlə yetirməkdə təqsirləndirilən Muhammet Gündüz barəsində həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Türkan Gündüzün öldürülməsinə dair Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Muhammet Gündüz barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. pizza sifarişi

Mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub, əri isə biznesmendir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!