Türkiyə-Azərbaycan Universiteti hansı binada fəaliyyət göstərəcək? 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə-Azərbaycan Universiteti hansı binada fəaliyyət göstərəcək? 

Sosial

06 Avqust 2024 11:53 490


2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq. Abituriyentlər TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər. Universitetin yerləşəcəyi bina hələlik rəsmi olaraq açıqlanmayıb. 

Modern.az-ın əldə etdiyi məlumata görə, ali təhsil ocağının binası Bakının Xətai rayonunda yerləşəcək.

Bildirilir ki, TAU Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcək.  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi saytımıza açıqlamasında məlumatı təsdiqləyib. "Universitetin BANM-ın əvvəlki binasında fəaliyyətə başlayacağı doğrudur", - açıqlamada deyilir.  pizza sifarişi

BANM-ın isə 2024/2025-ci tədris ilində bu il ləğv edilən Bakı Fransız Liseyinin binasında fəaliyyət göstərəcəyi qeyd olunur. BANM-dan bildirilib ki, ali təhsil ocağının Xətaidəki filialının yeni binaya köçəcəyi barədə məlumat doğrudur. Qurumun mətbuat katibi yaxın vaxtlarda bu barədə məlumat veriləcəyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!