Türkiyə parlamentinə sədr seçkisinin nəticəsi məlum oldu  - Yenilənib
07 İyl 2020 21:09
585

Türkiyə parlamentinə sədr seçkisinin nəticəsi məlum oldu - Yenilənib

Bu gün Türkiyə parlamentinə sədr seçkiləri olub. 

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, Böyük Millət Məclisinə yenidən Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şəntop spikerlik edəcək. 

M.Şəntop üçüncü turda 328 səslə seçkinin qalibi olub. Ondan başqa daha dörd namizəd olub. 

***

Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi keçirilir.

Yenisabah.az xəbər verir ki, spikerlik uğrunda 5 namizəd mübarizə aparır. Bunlar TBMM-in hazırkı sədri Mustafa Şentop (AK Parti), Haluk Koç (CHP), Erol Katırcıoğlu (HDP), Hüseyin Filiz (İYİ Parti), Erkan Başdır (TİP).

Gizli səsvermənin ilk turunda Mustafa Şentop 324, Haluk Koç 131, Erol Katırcıoğlu 50, Hüseyn Filiz  34, Erkan Baş 9 səs toplayıb. Bu turda heç bir namizəd sədrlik üçün lazım olan 400 səsi toplamadığı üçün seçkinin növbəti mərhələsi keçiriləcək. Həmin mərhələdə də tələb olunan səs toplanmasa, seçkinin 3-cü turu olacaq. 3-cü turda 301 səs toplayan şəxs TBMM sədri olacaq.

Qeyd edək ki, Mustafa Şentopun səlahiyyət müddəti başa çatır.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər