Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi
20 Yan 2021 02:00
259

Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında PKK-nın Suriya qanadı YPG-nin üç terrorçusunu məhv edib.

Yenisabah.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlılar "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına girməyə çalışıblar.

"Bizim qəhrəman komandomuz PKK/YPG terrorçularının "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına keçməsinin daha bir cəhdinin qarşısını aldı. PKK/YPG-nin sülh və əmin-amanlığı pozmaq məqsədi ilə hücum hazırlamış üç silahlısı zərərsizləşdirilib", - nazirliyin xəbərində deyilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər