İstanbul Hava Limanında İranın “Caspian Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ödənilməyən borc səbəbindən müsadirə olunub.
“Yeni Sabah” xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, icra məmurları və polis əməkdaşları uçuşa cəmi bir neçə dəqiqə qalmış əməliyyat keçirərək hava gəmisinin qalxmasına mane olublar. Hadisə zamanı sərnişinlər və heyət üzvləri təcili şəkildə təyyarədən çıxarılıb.
Məlumata görə, Türkiyənin yerüstü xidmətlər və aviasiya nəzarəti şirkəti olan “ACM Temsil Gözetim” (ACM Air Charter) 3 milyon avroluq borcun ödənilməməsi əsası ilə “Caspian Airlines”a qarşı məhkəmə iddiası qaldırıb. Təyyarənin müsadirə olunması qərarı da məhz bu məhkəmə prosesi çərçivəsində icra edilib. pizza mizza
Nazim Hacıyev
Telegram kanalımız