Türkiyə Gürcüstana NATO standartlarına uyğun yeni zirehli transportyorlar verəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Gürcüstan Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən ASFAT şirkəti arasında müqavilə imzalanıb və bu müqavilə əsasında yeni yolsuzluq zirehli transportyorları ölkəyə gətiriləcək. Pepperoni pizza
"Bu zirehli texnikanın təchiz edilməsi Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək”, - deyə nazirliyin bəyanatında vurğulanır.
Sözügedən modellərin hansı və nə qədər olması barədə məlumat verilmir.
Telegram kanalımız