“Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Mustafa Şentop

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Mustafa Şentop

Siyasət

20 Oktyabr 2020 11:54 658


"Regionda sülhün və sabitliyin təmin edilməsi üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin plenar iclasında çıxışı zaman deyib.

M.Şentop bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qətnamələri uzun illərdir yerinə yetirilmir. O bildirib ki, Minsk qrupu münaqişənin tənzimlənəsi üçün heç bir gerçək iradə göstərmədi. pizza hut

M.Şentop qeyd edib ki, Ermənistan Azərbaycana qarşı yeni təxribatlara əl atdı: “Lakin Ermənistan gözləmədiyi bir vəziyyətlə üzləşdi. Qəhrəman Azərbaycan Ordusu torpaqların işğaldan azad edilməsinə başladı. Bəzi dövlətlər Azərbaycanı bu haqq işində günahlandırdı. Azərbaycan beynəlxalq hüquqa əsasən öz torpaqlarını işğaldan azad etməkdədir. Heç kim Azərbaycanı bu haqq işindən çəkindirə və Azərbaycan torpaqları üzərindən öz məqsədlərini həyata keçirə bilməz. Türkiyə sona qədər Azərbaycanın yanındadır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!