Türkiyə üzərindən Suriyaya 735 milyon kubmetrdən çox Azərbaycan qazı nəql olunub

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə üzərindən Suriyaya 735 milyon kubmetrdən çox Azərbaycan qazı nəql olunub

İqtisadiyyat

31 Avqust 2026 21:04 71


2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyə tranziti ilə Suriyaya 735,3 milyon kubmetr təbii qaz ötürüb.

“Yeni Sabah” Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına əsasən xəbər verir ki, bu göstərici Türkiyənin ilk 6 aydakı ümumi qaz ixracının 66,49%-ini təşkil edib. Ötən ilin müvafiq dövründə Suriyaya qaz nəqli baş tutmamışdı.

Cari ilin birinci yarısında Türkiyənin ümumi qaz ixracı 1 milyard 105,96 milyon kubmetr olub. Bu həcmin 735,3 milyon kubmetri (66,49%) Suriyaya, 369,97 milyon kubmetri (33,45%) Bolqarıstana, 0,69 milyon kubmetri (0,06%) isə Şimali Makedoniyaya yönəldilib. Təkcə iyun ayında Suriyaya 162 milyon kubmetr qaz göndərilib. pizza

Həmçinin yanvar-iyun aylarında Azərbaycan ümumilikdə 4,1 milyard dollar dəyərində 12,43 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da illik müqayisədə həcm baxımından 0,5% çoxdur. Qazın ölkənin ümumi ixracındakı payı 25,15% təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin iyulunda SOCAR ilə Suriya hökuməti arasında imzalanmış memorandum çərçivəsində avqustun 2-dən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya tədarükünə başlanılıb. Birinci mərhələdə illik 1,2 milyard kubmetr qazın Kilis vasitəsilə Hələb və Homs elektrik stansiyalarına çatdırılması və 1 200–1 300 МВт gücündə elektrik enerjisi istehsalının təmin olunması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!