Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Türkiyə və Azərbaycanın bayraqları bayrağımız olacaq”  - Akopyan
15 İyn 2021 17:40
1199

“Türkiyə və Azərbaycanın bayraqları bayrağımız olacaq” - Akopyan

“Paşinyan hakimiyyətdə qalsa, Ermənistan bayrağı Türkiyə və Azərbaycan bayraqları ilə əvəz olunacaq”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu "Ermənistan" blokunun təmsilçisi, "Dirçələn Ermənistan" partiyasının lideri Vaqe Akopyan bildirib.

O deyib: “Ermənistan bayrağının plakatlarda necə təsvir olunduğuna fikir verdizmi? Cırmaqlanmış. Bir az da hakimiyyətdə qalsalar, Ermənistan bayrağını Türkiyə və Azərbaycan bayraqları əvəz edəcək. Bu gün bayraq günümüzdür və bu gün Paşinyan yaraqlı-yasaqlı Sünikə gedir. Xüsusi texnika ilə silahlanmış 1500-dən çox polisin müşayiəti ilə. Bu xüsusi vasitələri kimə qarşı istifadə edəcəksiniz? Ümid edirdim ki, bu ordu Sevliçə doğru yönələcək. Amma yox. Ordu ilə birlikdə Sünik ətrafında gəzişir. Vətənimizdə yaşamaq istəyiriksə, taleyi onunla bağlayırıqsa, alternativimiz yoxdur”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər