Türkiyə və Ermənistan arasında tarixi görüş -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə və Ermənistan arasında tarixi görüş - FOTO

Siyasət

28 Aprel 2026 16:57 403


Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində növbəti rəsmi görüş keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumat yayıb.

İki ölkə arasında yaradılmış Birgə İşçi Qrupunun iclası bu gün Qars şəhərində baş tutub.

Görüşün əsas müzakirə mövzusu Qars-Gümrü dəmir yolu xəttinin reabilitasiyası (bərpası) və yenidən istifadəyə verilməsi olub. Tərəflər bu nəqliyyat dəhlizinin fəaliyyətinin bərpa edilməsi üçün görüləcək texniki və inzibati işləri nəzərdən keçiriblər.

Müzakirələr zamanı regional nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Hər iki ölkənin nümayəndə heyəti Qars-Gümrü dəmir yolunun ən qısa zamanda istismara verilməsinin bölgə üçün strateji əhəmiyyət daşıdığını qeyd edərək, bu istiqamətdə işlərin sürətləndirilməsinin zəruriliyini bildiriblər.

Xatırladaq ki, bu görüş iki ölkə arasında əldə olunmuş əvvəlki razılaşmaların praktiki icrası məqsədilə təşkil edilib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!