Türkiyə və İsrail təbii qazın Avropaya nəqli ilə bağlı danışıqlar aparacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın danışıb.
Onun sözlərinə görə, iki nümayəndə heyətinin görüşü oktyabrda baş tutacaq. Pepperoni pizza
Kalın qeyd edib ki, Avropada enerji qıtlığının yaratdığı təzyiqi qismən kompensasiya etmək üçün iki alternativ var: "Bbirincisi, Xəzər dənizindən gələn Azərbaycan qazının tədarükü üçün Trans-Anadolu boru kəmərinin (TANAP) gücləndirilməsi; ikincisi, alternativ variantın inkişafı - İsrail, Livan və Misir təbii qazı üçün Türkiyədən keçən nəqliyyat marşrutları".
Sözçü bildirib ki, istənilən halda Avropanın enerji təhlükəsizliyi Türkiyədən asılı olacaq.
İndi Avropada tələbatın artdığı bir vaxtda Türkiyə və İsrail İsraildən Türkiyə ərazisindən yeni boru kəmərinin çəkilməsi planlarını sürətləndirmək və İsrailin "Leviafan" qaz yatağından 21 milyard kubmetr təbii qaz tədarük etmək istəyir.
Telegram kanalımız