Türkiyə yeni dronunu tanıtdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə yeni dronunu tanıtdı

Dünya

01 May 2026 12:47 86


Türkiyənin müdafiə sənayesi şirkəti “Baykar” yeni nəsil kamikadze pilotsuz uçuş aparatı MIZRAK-ı yaratdığını bəyan edib.

“Yeni Sabah” xəbər verir ki, texniki göstəricilərə əsasən, MIZRAK 1000 kilometrdən artıq uçuş məsafəsinə və 7 saata qədər havada qalma imkanına malikdir. Dron 40 kiloqrama qədər döyüş başlığı daşıya bilir.

Yeni modelin əsas üstünlüyü onun süni intellekt əsaslı idarəetmə sistemidir. Bu texnologiya sayəsində pilotsuz aparat, hədəfi avtomatik müəyyənləşdirib məhv edə bilir və GPS siqnalı olmadan da effektiv fəaliyyət göstərir. Bu xüsusiyyət onu radioelektron mübarizə şəraitində daha dayanıqlı edir.

İstehsalçılar qeyd edirlər ki, MIZRAK həm adi uçuş zolaqlarından, həm də raket sürətləndiricisi vasitəsilə buraxıla bilər. Bundan əlavə, digər pilotsuz sistemlərlə uyğun işləməsi onun əməliyyat imkanlarını daha da genişləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!