Türkiyədə 17 il əvvəl helikopter qəzasında ölən müxalifət liderinin sui-qəsdə uğradığı üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə 17 il əvvəl helikopter qəzasında ölən müxalifət liderinin sui-qəsdə uğradığı üzə çıxdı

Dünya

24 İyul 2026 23:59 92


2009-cu ildə helikopter qəzasında həyatını itirən Türkiyənin müxalifətdəki Böyük Birlik Partiyasının (BBP) sədri və deputat Muhsin Yazıcıoğlunun sui-qəsdə qurban getdiyi üzə çıxıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "TRT Haber"in canlı yayımında Türkiyənin ədliyyə naziri Akın Gürlek danışıb.

Nazir bildirib ki, helikopter qəzasından əvvəl həmin ərazidən "F-4" qırıcı təyyarəsinin keçdiyi müəyyənləşdirilib. Onun sözlərinə görə, hadisənin "Fətullahçı" terror təşkilatı (FETÖ) tərəfindən törədildiyinə dair ciddi dəlillər əldə edilib. Belə ki, həmin qırıcının pilotunun həyat yoldaşının barmaq izləri FETÖ-nün "Türk Silahlı Qüvvələrindəki imamı" kimi tanınan və hazırda axtarışda olan Adil Öksüzün evində tapılıb. Toyuqlu pizza

"İstintaq nəticəsində əldə olunmuş dəlillər bu işin FETÖ tərəfindən törədildiyi yönündədir. Yazıcıoğlu FETÖ-nün hədəfində idi", - A. Gürlek bildirib.

Qeyd edək ki, 2009-cu ilin martında içində M. Yazıcıoğlunun olduğu helikopter Kahramanmaraş vilayətində qəzaya uğrayıb. Partiya sədrinin və həlak olan digər beş nəfərin cəsədi hadisədən 48 saat sonra tapılıb.

Üzərindən 17 il keçdikdən sonra hadisə ilə bağlı araşdırma yenidən başladılıb və aparılan istintaq nəticəsində 19 nəfər saxlanılıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!