Türkiyədə baş verən zəlzələdən sonra orada yaşayan tələbələrimiz təxliyyə olunurlar. Lakin buna baxmayaraq, 4 tələbəmiz hələ də dağıntılar altında qalıb və onların taleyi indiyə qədər bəlli deyil.
Bundan başqa, hazırda Türkiyədə təhsil alan tələbələrimizin universitetlərin bağlanması və zəlzələ səbəbiylə ölkəyə qayıtması barədə məlumatlar var.
Bu zəlzələ, xüsusilə 4 tələbəmizin faciəvi şəkildə dağıntılar altında qalması azərbaycanlı gənclərin Türkiyəyə axınını tormozlaya bilərmi? Pepperoni pizza
Gənclərimiz alternativ olaraq hansı ölkəyə üz tuta bilərlər?
Məsələ ilə bağlı Yenisabah.az-ın suallarını cavablayan təhsil üzrı ekspert Elçin Əfəndi deyib ki, hazırkı vəziyyəti nəzərə alsaq, bu, Türkiyəyə təhsil almaq üçün gedənlərin sayında müəyyən qədər təsir etmiş olacaq:
“Nəzərə alaq ki, Türkiyəyə qəbul sayının başladığı bir dövrdə prezident seçkilərinin keçirilməsi də bununla üst-üstə düşür. Həmin dövrə qədər isə təxribatçı qruplar və ya digərləri tərəfindən hər hansı bir addımların atılmasını ehtimal edən şəxslərin sənəd vermək, yaxud bunu yubatmaq məsələsində müəyyən gecikmələri olacaq. O nöqteyi-nəzərdən əvvəlki dövrlərlə müqayisə aparsaq, bu il Türkiyəyə sənəd verənlərin sayında azalma təbii ki, müşahidə olunacaq. Türkiyəyə üz tutanlar isə çox güman ki, başqa Avropa və qonşu ölkələrə üz tutacaq. Bu, özünü göstərəcək”.
Mütəxəssis əlavə edib ki, son dövrlər Ukrayna və Rusiyada olan hadisələrlə - müharibəylə bağlı bu ölkələrə üz tutanların sayında azalma baş vermişdi:
“Türkiyədə də indi belədir. O zaman təbii ki, bu üç ölkə – Türkiyə, Ukrayna və Rusiya istisna tələbələrimiz digər Avropa ölkələrinə üz tuta bilərlər. Bu ölkələr daha çox Polşa, Belçika, Macarıstan, hətta qonşu Gürcüstan ola bilər. Yəni bu tendensiya müvafiq istiqamətlərdə qəbul olanların sayında təsir özünü göstərəcək. Amma mən məsləhət görərdim ki, tələbələrimiz daha çox ölkə universitetlərinə qəbul olsunlar”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız