Türkiyədə müxtəlif ağır cinayətlər törətməkdə təqsirləndirilən və axtarışda olan şəxs Bakıda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, İstanbul polisi və Azərbaycan polisi arasında əməkdaşlıq çərçivəsində keçirilən əməliyyat nəticəsində saxlanılan şəxs Türkiyəyə gətirilib. pizza mizza
Məlumata görə, həmin şəxs qəsdən adam öldürmə, narkotik vasitələrlə bağlı cinayətlər, eləcə də qanunsuz odlu silah və sursat əldə etmə və ya daşıma ittihamları üzrə axtarışda olub.
Türkiyə tərəfi əməliyyatda əməkdaşlığa görə Azərbaycan Daxili İşlər Nazirliyinə təşəkkür edib.
Telegram kanalımız