“Türkiyədə baş vermiş zəlzələ 7,4 deyil, 7,7 bal gücündə olub“ 

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyədə baş vermiş zəlzələ 7,4 deyil, 7,7 bal gücündə olub“ 

Sosial

06 Fevral 2023 14:31 897


Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ 7,4 deyil, 7,7 bal gücündə olub. 

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Unİversiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutunun açıqlamasında bildirilib. 

Məlumata görə, zəlzələnin gücü sonradanyoxlanılıb. Açıqlamaya əsasən, araşdırmadan sonra yeraltı təkanların 7,7 bal gücündə olduğu dəqiqləşdirilib. pizza

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda zəlzələ Bakı vaxtı ilə 05:26-da baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib. 

Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2 323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!