Türkiyənin Kocaeli vilayətində yerləşən boya və lak məhsulları istehsal edən zavodda güclü yanğın baş verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Dominos pizza
Yanğın təxminən üç saat sonra lokallaşdırılıb və tam söndürülüb.
Yanğın söndürüldükdən sonra xilasedicilər zavodun ərazisində bir nəfərin meyitini aşkar ediblər.
Telegram kanalımız