Türkiyədə daha bir zəlzələ baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ saat 07:36-da Egey dənizində qeydə alınıb və 4,1 bal gücündə olub.
Dəniz səthindən 7,59 kilometr dərinlikdə olan zəlzələnin episentrinin Datça mahalından 293,13 kilometr uzaqlıqda olduğu müəyyən edilib.
Telegram kanalımız