Türkiyədə güclü zəlzələ zamanı dağıntılar oldu, xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə güclü zəlzələ zamanı dağıntılar oldu, xəsarət alan var

Hadisə

18 Aprel 2024 22:15 589


Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra tikiliyə ciddi zərər dəyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Məlumata əsasən, Tokatın müxtəlif bölgələrində bir ev və iki məscidin minarələri dağılıb. Yeraltı təkanlara görə Yozqat şəhərinin də müxtəlif məhəllələrində üç ev çöküb. Təbiət hadisəsi zamanı Tokatda bir nəfər xəsarət alıb.

Hadisə yerlərinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!