Türkiyədə keçmiş kəşfiyyatçının ölümü ilə bağlı daha dörd nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə keçmiş kəşfiyyatçının ölümü ilə bağlı daha dörd nəfər saxlanıldı

Dünya

19 Sentyabr 2026 22:33 140


Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MKT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada şübhəli ölümü ilə bağlı aparılan istintaqda dördüncü əməliyyat həyata keçirilib.

"Yeni Sabah" xəbər verir ki, İstanbul və Tekirdağda İstanbul Vilayət Jandarm Komandanlığı tərəfindən keçirilən əməliyyatda keçmiş jurnalist Osman Arslan, təcili tibbi yardım sürücüsü Süleyman Kaba, həbsxanaın ovaxtkı rəisi Ömər Vətən və növbə rəisi Kazım Beyke saxlanılıb.

Xatırladaq ki, "Kurtlar Vadisi Pusu" teleserialının ssenaristləri də "Kazinoğlu işi" çərçivəsində ifadə veriblər. Buna səbəb 10 noyabr 2011-ci ildə yayımlanan serialın 136-cı bölümündə "Kaşifoğlu" haqqında ölüm əmrinin verilməsidir. Həmin hissənin efirə getməsindən üç gün sonra Kozinoğlu həbsxanada ölüb. pizza mizza

Daha əvvəl Kozinoğlu ilə eyni həbsxanada cəza çəkən keçmiş hərbçi Atilla Uğur və daha bir nəfər saxlanılmışdı./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!