Türkiyə hüquq-mühafizə orqanları ölkə miqyasında LGBT təşkilatları və onlarla əlaqəli müəssisələrə karşı genişmiqyaslı xüsusi əməliyyat həyata keçirib. İstanbul Prokurorluğunun rəhbərliyi, polis və jandarmanın sıx koordinasiyası ilə baş tutan "Ailem Güvende" (Ailəm təhlükəsizdir) şərti adlı əməliyyat çərçivəsində onlarca ünvanda reydlər təşkil olunub.
“Yeni Sabah” xəbər verir ki, ilkin mərhələdə 38 fərqli ünvanda, o cümlədən 10 ticari müəssisə və 6 LGBT təşkilatında əsaslı axtarışlar aparılıb, nəticədə 26 şübhəli şəxs saxlanılıb. Başladılan cinayət işi çərçivəsində müstəntiqlər mütəşəkkil cinayətkar qrup yaratma, insanları fahişəliyə cəlbetmə və əxlaqsız məzmunlu materialların qanunsuz yayılması maddələri üzrə istintaq tədbirlərini davam etdirirlər.
Hərəkatın miqyası təkcə meqapolislə məhdudlaşmayıb. Ədliyyə naziri Akın Gürlek məsələ ilə bağlı açıqlamasında bildirib ki, analoji əməliyyatlar eyni vaxtda ölkənin 15 vilayətində də icra olunub. Ümumilikdə 162 nəfərin saxlanıldığını vurğulayan nazir, 9 assosiasiya və 13 müəssisə barəsində rəsmi məhkəmə tədbirlərinin görüldüyünü diqqətə çatdırıb. Həmçinin qanunsuz fəaliyyətdə şübhəli bilinən LGBT təşkilatlarından birinə məxsus 75 bank və ya sosial platforma hesabına giriş tamamilə bloklanıb. Toyuqlu pizza
Türkiyə Ədliyyə Nazirliyi keçirilən bu irimiqyaslı əməliyyatları dövlət səviyyəsində elan edilən "Ailə Onilliyi 2026–2035" proqramının strateji hədəfləri ilə əlaqələndirib. Nazirliyin bəyanatında xüsusi olaraq qeyd edilib ki, hədəf alınan bir sıra təşkilatların xarici fondlardan şübhəli maliyyə köçürmələri aldığı və bu resursları qanunsuz fəaliyyətlərin maliyyələşdirilməsinə yönəltdiyi müəyyən edilib.
Nazim Hacıyev
Telegram kanalımız