Türkiyədə elan olunan 7 günlük matəmlə bağlı bir çox şou-proqram, əyləncəli verilişlər və konsertlər ləğv olunub.
Yenisabah.az xəbər verir ki, matəmə görə Azərbaycanda da əyləncə məkanları və konsert salonlarında dəyişiklik edilib.
Bununla bağlı Lent.az-ın əməkdaşı sorğu keçirib. Dördpendirli pizza
Bakı Konqres Mərkəzindən bildirilib ki, bu günlərdə keçiriləcək müğənni Mahsun Kırmızıgülün konserti ləğv olunub.
“Elektra Events Hall”da da eyni vəziyyətdir. Yəni konsertlər ləğv olunmayıb və belə olduğu təqdirdə konsertin baş tutacağı tarix dəyişdiriləcək.
“Meridian Park Luxury” restoranında fevralın 14-ünə müğənni-aktrisa Öykü Gürmanın konserti indidən ləğv olunub.
Bundan başqa, “Şazelli”, “Baku Castle”, “Cratos”, "Mala Praga” və “İstanbul Meyhane” kimi şou-proqramlar təşkil edən restoranlarda heç bir konsert ləğv olunmayıb.
Telegram kanalımız