Türkiyədə növbəti zəlzələ: Bu dəfə Bursa silkələndi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə növbəti zəlzələ: Bu dəfə Bursa silkələndi

Maraqlı

02 İyun 2023 09:26 888


Türkiyənin Bursa vilayətində yenidən zəlzələ qeydə alınıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb. 

Bildirilib ki, vilayətin Gemlik rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib. 

Ocağı yerin 5.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. 

Silkələnmə Mərmərə dənizində də hiss olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!