Türkiyədə oxuyan tələbələrin Azərbaycana qayıdış qaydası açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə oxuyan tələbələrin Azərbaycana qayıdış qaydası açıqlandı

Sosial

20 Aprel 2023 15:15 1064


"Hazırda Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır".

Yenisahah.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Həmin tələbələrin ölkəyə qayıdışı onların təhsil aldıqların ali təhsil müəssisəsindəki təhsilin təşkili formasına uyğun olaraq, şəxsi seçimləri əsasında tənzimlənir. Sezar pizza

Azərbaycana qayıtmaq üçün hansısa müraciət-qeydiyyat prosesinə zərurət olmadığından onların müvafiq sərhəd-buraxılış məntəqələrindən ölkəyə girişi aidiyyəti dövlət qurumları tərəfindən idarə edilir.

Elm və Təhsil Nazirliyində xaricdə, o cümlədən Türkiyədə yalnız dövlət hesabına təhsil alan Azərbaycan vətəndaşlarının qeydiyyatı aparıldığından şəxsi vəsait hesabına bu ölkədə təhsil alan Azərbaycana giriş edənlərin sayı barədə nazirlikdə məlumat mövcud deyil.

Həmin şəxslərin hansı sərhəd-buraxılış məntəqələrindən ölkəyə buraxılmalarını aidiyyəti dövlət qurumu müəyyən edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!