Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.
Məlumata görə, vilayətin Ula rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 bal hesablanıb.
Yeraltı təkanın ocağı yerin 4.2 kilometr dərinliyində yerləşib. Zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Telegram kanalımız