"Ona görə də seysmik zonalarla bağlı heç kim dəqiq proqnozu vermək anlamında birmənalı şəkildə deyə bilməz ki, zəlzələ olacaq, yaxud zəlzələ olmayacaq".
Yenisabah.az trend-ə istinadla xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
O qeyd edib ki, seysmik bölgələrdə vaxtaşırı zəif və zəif hiss edilən zəlzələlərin qeydə alınması mümkündür və bu ərazinin geodinamik şəraiti ilə bağlıdı.
"Azərbaycana gəlincə isə deyə bilərəm ki, ölkəmizdə də seysmik bölgələr var və bu günə qədər maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınıb. Maqnitudası 4 və 4-dən yuxarı olan zəlzələlər arasında zəif hiss olunanlar da olub.
Ümumiyyətlə, zəlzələnin hiss olunması və yer səthinə təsiri ocağın yerləşdiyi dərinlik və gücündən asılıdır. Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsirinə gəlincə isə, bu barədə narahatlığa əsas yoxdur. Həm məsafə baxımdan, həm də ərazinin geoloji quruluşu baxımdan hər hansı təsiri yoxdu".
Telegram kanalımız