“Zəlzələnin fəsadlarını yaxından görmək üzücüdür” - Blinken

saytların hazırlanması

Evə çatdırılma

“Zəlzələnin fəsadlarını yaxından görmək üzücüdür” - Blinken

Siyasət

19 Fevral 2023 20:11 1112


"Türkiyədəki zəlzələnin fəsadlarını yaxından görmək üzücüdür".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə zəlzələ bölgəsini helikopterlə izləyən zaman deyib.

O, ABŞ-ın xilasetmə və yardım səyləri üçün əlindən gələni etməyə qərarlı olduğunu bildirib. Marqarita pizza

Qeyd edək ki, Çavuşoğlu və Blinken Kahramanmaraş zəlzələlərdən zərər çəkmiş bölgələrdə araşdırma aparmaq üçün Hatay şəhərində olub.

Fevralın 19-da ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gəlib. Diplomatı ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb.

Dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyi nəzərdə tutulur./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!