Türkiyədən Azərbaycana informasiya hücumu: Parlament bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən Azərbaycana informasiya hücumu: Parlament bəyanat yaydı

Siyasət

26 Sentyabr 2026 13:41 129


Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasını öz səlahiyyətləri çərçivəsində araşdırıb.

Bu barədə “Yeni Sabah”a komissiyanın məlumatında bildirilib.

Qeyd olunub ki, monitorinqlər nəticəsində müəyyən edilib ki, bəlli mərkəzlər tərəfindən başladılan bu kampaniyanın məqsədi Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almaqla yanaşı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarımızda dövlətimizə və onun institutlarına qarşı inamsızlıq, habelə cəmiyyətdə qütbləşmə yaratmağa hesablanıb: pizza sifarişi

"Kampaniya əlaqələndirilmiş formada, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə aparılır. Təəssüf hissi ilə qeyd etməliyik ki, “bir millət, iki dövlət” prinsipinə daim sadiq qalan Azərbaycan və Türkiyə cəmiyyətlərində bir sıra saf niyyətli insanlar da bu məkrli kampaniyaya dəstək verirlər. Eyni zamanda, Türkiyə Respublikasının qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratmasına baxmayaraq, kampaniya hələ də davam edir.

O da qeyd olunmalıdır ki, əlaqələndirilmiş informasiya kampaniyasının iştirakçıları ilə bağlı Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına məlumatlar təqdim ediləcək".

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya bu cür həssas dönəmdə vətəndaşlarımızı və Türkiyədəki qardaşlarımızı diqqətli olmağa, saxta informasiyalara inanmamağa çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!