Türkiyədən gələn tələbələr üçün quru sərhədləri açıldı 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən gələn tələbələr üçün quru sərhədləri açıldı 

Sosial

18 Aprel 2023 13:11 788


Azərbaycanın Türkiyədəki Səfirliyi bu ölkədə təhsil alan vətəndaşlarımıza müraciət edib. 

Səfirlikdən Yenisabah.az-a daxil olan müraciətdə deyilir ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!