Türkiyənin bir sıra bölgələrindən Azərbaycana 100 min ədəd ağac tingi göndərilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsindən bildirilib.
Azərbaycanla Türkiyə arasında köklü əlaqələr meşə təsərrüfatı sahəsində aparılan birgə işlərlə daha da möhkəmlənir. pizza sifarişi
Əskişəhər, Konya, Mersin, Urfa və Sakarya regional idarələrinin tingliklərində istehsal edilən şotland şamı, Karaçam (larch), dəfnə, akasiya kimi müxtəlif növlərdən 100 min ədəd ting Azərbaycana göndərilib. Göndərilən tinglər Qarabağda, Bakıda torpağa qovuşacaq, qardaş ölkəmiz Azərbaycanın gələcəyinə təmiz nəfəs olacaq.
Telegram kanalımız