Türkiyədən Gürcüstana qeyri-qanuni yolla külli miqdarda qızıl-zinət əşyaları gətirməyə cəhd edən Gürcüstan vətəndaşları saxlanılıb.
Yenisabah.az “Sputnik Georgia”ya istinadən xəbər verir ki, qaçaqmalçılar Sarpi keçid məntəqəsindən 76,4 min lari (28,7 min dollar) dəyərində bir kiloqrama yaxın qızıl-zinət əşyaları keçirmək istəyiblər.
Xatırladaq ki, son dövrlər Türkiyə-Gürcüstan sərhədində analoji hallar tez-tez təkrarlanır.
Telegram kanalımız