Türkiyəli müğənni Niyama 1200 manat göndərdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli müğənni Niyama 1200 manat göndərdi - Video

Şou

16 Aprel 2020 17:40 1050


ATV telekanalında yayımlanan “7 Canlı” verilişinin qonağı olan müğənni Niyam Salami sürprizlə qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, canlı efirə görüntülü zəng edən türkiyəli müğənni Cansevər Niyamı can dostu adlandırıb. Ekranda türkiyəli dostunu görən Niyam maraqlı açıqlama verib. 

İfaçı bir müddət əvvəl Cansevərin ona 1200 manat pul göndərdiyini deyib: “Sizə bir şey danışım. Bir gün gördüm ki, telefonuma şəxsiyyət vəsiqəmin şəkli, çek şəkilləri gəlib. Başa düşmədim. Sonra bildik ki, sən demə, Cansevər xəbərim olmadan mənə pul göndərib ki, belə bir vaxtda ehtiyacım olar. Səmimi deyirəm. Onun ürəyinə qurban. Ürəyindən keçib göndərib. 1200 manat pul idi. Canım qurban sənə, Cansevər, Allah səni var etsin”.  pizza hut

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!