Türkiyənin ədliyyə nazirinə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin ədliyyə nazirinə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər saxlanıldı

Dünya

12 İyul 2026 23:26 70


Türkiyənin ədliyyə naziri Akın Gürlek və həyat yoldaşına (Elif Gülşah Gürlek) qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumatda bəzi şübhəlilərin xaricə bilet almaq və Elif Gülşah Gürlek barəsində bəhs etdikləri bildirilib. Sezar pizza

Həmçinin şübhəlilərin Google Xəritələr üzərindən bir məkanı araşdırdıqları, ünvan qeyd etdikləri və əraziyə gedən yolları öyrəndikləri irəli sürülüb.

Hücum göstərişinin xaricdən gəldiyi iddia olunur.

İstintaq çərçivəsində şübhəlilərin fərqli tarixlərdəki ünvanlarında aparılan axtarışlarda 2 sənədsiz silah, bu silahlara aid patronlar və 3 milyon 206 min TL ($68.236) nağd pulun ələ keçirildiyi açıqlanıb.

Onların barəsində həbs qərarının verilməsi tələb edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!