Türkiyənin “Haber Global” kanalı Ağdamda - Video
21 Noy 2020 18:33
450

Türkiyənin “Haber Global” kanalı Ağdamda - Video

Türkiyənin “Haber Global” kanalının müxbirləri işğaldan azad edilən Ağdamın Cümə məscidində olublar.

Yenisabah.az kanala istinadən məlumat verir ki, müxbirlər, rayon işğaldan azad ediləndən sonra ilk dəfə azan oxunan və namaz qılınan Cümə məscidindən reportaj hazırlayıblar.

Reportyor bildirib ki, artıq rayon Azərbaycan ordusuna təhvil verilib və hazırda Ağdamda nəzarət tam olaraq Azərbaycan ordusunun əlindədir. O, əlavə edib ki, azərbaycanlı əsgərlər ilk olaraq Ağdamdakı Cümə məscidinə gəlib və cümə namazlarını da məsciddə qılıblar.

Müxbir qeyd edib ki, bu məscid Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir və işğaldan sonra məscidin dağıntıya məruz qaldığı açıqca görünür.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər