“Türkiyənin İslam dünyasının lideri olması mümkün deyil”

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyənin İslam dünyasının lideri olması mümkün deyil”

Siyasət

20 Oktyabr 2026 14:26 106


“Qardaş Türkiyə öz ənənələrindən gələn məsələlərə görə İslam coğrafiyasının lideri olmaq istəyir. Amma bu mümkün deyil axı. Dünyada 22 Ərəb dövləti var. İstənilən səsvermədə bu ölkələr səni qabağa keçməyə imkan verməyəcək. Heç İndoneziya buna icazə verməyəcək. Deyəcək, bizdə 300 milyon müsəlman yaşayır, İslamın lideri niyə sən olmalısan?”

“Yeni Sabah” xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri Natiq Cəfərli Müsavat TV-nin qonağı olarkən danışıb. O, Türkiyənin İslam dünyasındakı nüfuzu barədə diqqətçəkən açıqlamalar verib:

“Dünyanın ən vacib İslam universitetləri Misirdə yerləşir. Onlar da deyəcək ki, niyə İslamın lideri biz yox Türkiyə olsun? Səudiyyə Ərəbistanı o tərəfdən çıxıb deyəcək ki, mən niyə olmayım sən olasan? Bu nöqteyi-nəzərdən, cənab Ərdoğan demiş, dünya 5-dən böyükdür. Qardaş Türkiyə düşünür ki, BMT yenidən dizayn olunacaq. Təhlükəsizlik Şurası 5 yox, məsələn, 15 ölkədən ibarət olacaq. Burada İslam dünyasının təmsilçisi kimi Türkiyə yer alacaq. Bu düşüncə yanlışdır. Toyuqlu pizza

Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatı var. Azərbaycan və Türkiyə həmin təşkilatın üzvüdür. Tutaq ki, BMT dedi ki, gedin aranızdan 1 dövləti seçin gəlsin Təhlükəsizlik Şurasında İslam dünyasını təmsil etsin. 23 Ərəb dövləti kimə səs verəcək? Türkiyəyə? Qardaş Türkiyə anlamalıdır ki, Ərəb coğrafiyası onlara işğalçı kimi baxır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!