Türkiyənin Bitlis vilayətinin Tatvan mahalındakı üç kənd və ətraf məhəllələrdə küçəyə çıxmaq qadağan olunub. Qadağa növbəti xəbərdarlığa qədər qüvvədə olacaq.
Yenisabah.az "Milliyət"ə istinadən xəbər verir ki, bu barədə Bitlis Valiliyi məlumat yayıb.
Bildirilib ki, separatçı terror təşkilatı üzvlərinin olduğu və sığınmaq üçün sığınacaqlar qurduğu Sallıca, Özekli və Teknecik kənd və ətrafında küçəyə çıxmaq qadağan olunub.
Hazırda ərazidə xüsusi antiterror əməmliyyatları keçirilir.
Telegram kanalımız