Türkiyəyə müalicəyə göndərilən qazilərimiz vətənə geri döndü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəyə müalicəyə göndərilən qazilərimiz vətənə geri döndü - Fotolar

Sosial

15 İyul 2021 18:11 902


Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən üç qazimiz sağalaraq vətənə geri dönüb.

Fonddan Yenisabah.az-a verilən məlumata görə, Məmmədov Cəfərsadiq Zeydulla oğlu, Rəcəbli Rza İsmayıl oğlu, Kərimov Röyal Şəhadət oğlunun müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib. Sezar pizza

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 70 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!