Türklərə ərə gedən qızlar: “Bir millət, iki dövlət desək də...”

saytların hazırlanması

Evə çatdırılma

Türklərə ərə gedən qızlar: “Bir millət, iki dövlət desək də...”

Sosial

17 May 2023 12:50 74750


Vaxtilə Azərbaycanda ailə həyatı quran gənclər əcnəbilərlə nikaha soyuq yanaşırdılar. Çox az hallarda azərbaycanlı oğlanlarla başqa millətlərdən olan qızların nikahı qeydə alınırdı, qızlarımız isə ümumiyyətlə xarici vətəndaşla ailə qurmurdurlar. Amma indi vəziyyət fərqlidir. 

Bu gün əcnəbi və vətəndaşlığı olmayanlarla nikaha girən azərbaycanlılar arasında qızlar oğlanlardan çoxluq təşkil edir. 

Rəsmi statistika göstərir ki, son illər azərbaycanlılarla əcnəbilər arasında, xüsusən Türkiyə vətəndaşları ilə bağlanılan nikahların sayı xeyli artıb. Lakin bu məsələyə yanaşma hələ də birmənalı deyil.  pizza hut

Bir müddət əvvəl  azərbaycanlı plastik cərrah Türkan Gündüzün Türkiyə vətəndaşı olan əri Muhammed Gündüz tərəfindən qətlə yetirilməsi ölkə gündəmini silkələdi. Bu cinayət yenidən azərbaycanlı qızların xarici ölkə vətəndaşları ilə evlilik məsələsini müzakirə obyektinə çevirdi. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, bu cür bədbəxt hadisələrin milıliyətlə yox, birbaşa psixologiya ilə əlaqəsi var: 

“Başqa vaxt bir millət, iki dövlət deyirik, üstəlik, uzmanlıq daxil təhsil üçün Türkiyəyə axın edirik. Psixoloqları gəlib bizim psixoloqlara, tələbələrə psixologiyanı öyrədir, amma hər hansısa belə məsələdə “xarici vətəndaşdır” deyib müzakirəyə səbəb olur. Hər bir ölkənin öz psixologiyası, hətta hər bölgənin, qəsəbənin psixoloji yanaşmaları var. 

Bu qətl məsələsinin xarici ölkə vətəndaşlığı ilə heç bir əlaqəsi yoxdur. Bu, iki insanın anlaşa bilməməsinin nəticəsidir. Guya bizim ölkədə belə hallar azdır ki? Ona nə ad verilsin onda? Psixoloji pozğunluq, sağlam düşüncə milliyyətə baxmır. Hər bir insan özünəməxsus şüur və şüuraltına sahibdir. Bir insan digər insanı qətlə yetirirsə, bu, o deməkdir ki, heç olmasa, bir dəfə də olsa bu düşüncəni ağlından keçirib ya əsəbi, ya qeyri əsəbi halda. Bu düşüncənin özü artıq psixi pozğunluq deməkdir. Öldürmək bir insanın ömür boyu, uşaqlığından şüuraltı damla-damla yığılan, incikliyin, xəyal qırğınlıqlarının, boşluqların, yaşadığı boşluqların, basdırdığı emosiyaların bir anda kontroldan çıxıb nifrət vulkanına çevrilib püskürməsidir”. 

Ekspert qeyd edib ki, ikili münasibətlərdə yolunda getməyən məsələləri müəyyən ara vermək və psixoloqdan yardım almaqla bərpa etmək mümkündür:

“Hər bir insan digər insanın güzgü effektidir. İlk başda bəyəndiyimiz insana zamanla hissimiz soyuyursa, müəyyən aralar vermək, özünü təhlil etmək, yaxud bu, təkbaşına alınmırsa,  psixoloqa yönəlmək lazımdır. 

Çünki ilk başda bəyənib sonra bəyənmədiyimiz bizim şüuraltı travmalı əsl tərəfimizdir ki, qəbullana bilməyib qurtulmaq istəyirik, ya xəyanətlə, ya münasibəti bitirməklə, ya öldürməklə. Özünü qəbullanınca isə vəziyyətə baxış dəyişir”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!