Azyaşlı qızların TV-də dolaşan “xəyanət dosyesi“:   “Televiziya cinayət məsuliyyəti daşıyır”

saytların hazırlanması

Evə çatdırılma

Azyaşlı qızların TV-də dolaşan “xəyanət dosyesi“: “Televiziya cinayət məsuliyyəti daşıyır”

Sosial

24 Fevral 2022 15:32 3729


ATV-nin Zaur Baxşəliyevin "Bizimləsən", bundan əvvəl Elgizin "Elgizlə izlə" proqramında 15 yaşlı evli qızların peyda olması, ailə mübahisələri, qaçdığı oğlana xəyanəti və s. mövzularda açıqlmaları xeyli suallar doğurur: qanunda qadağa olduğu halda, bu yeniyetmə qızlar necə ərə gedir? Onların ailə həyatının ictimailəşdirillməsi doğrudurmu?  

Yenisabah.az-a açıqlamasında vəkil Kamran Tağıyev deyib ki, azyaşlıların şəxsi həyatının ictimailəşdirilməsi düzgün deyil:

“Bu, çox geniş mövzudur. Əslinə qalsa, dərindən araşdırılmalıdır. Həqiqətən də azyaşlıların şəxsi həyatının ictimailəşdirilməsi düzgün deyil. Onun hələ mülki qabiliyyəti yoxdur. Qanuni nümayəndəsi vasitəsi ilə hər şey həyata keçirilir. Əgər qanuni nümayəndəsinin razılığı yoxdursa, yəqin ki, həmin uşağın şəxsi həyatının ictimailəşdirilməsi düzgün deyil”. Marqarita pizza

Vəkilin sözlərinə görə, azyaşlının şəxsi həyatını məhdudiyyətlərlə işıqlandırmaq olar:

“KİV azaddır, heç kim ona senzura qoymur. Lakin azadlığın da müəyyən həddi var. Əgər yeniyetmənin şəxsi həyatı ictimailəşdirilirsə, onun üzü görünməməli, adı çəkilməməlidir. Bunun əksini etmək, yəni birbaşa qanuni nümayəndəsinin icazəsi olmadan efirə çıxarmaq qanuna ziddir”.

K.Tağıyev qeyd edib ki, azyaşlı birbaşa efirə çıxarılıbsa, televiziya da məsuliyyət daşıyır:

“Şəxsi həyat sirrinin açılması qanuna ziddir. Konstitutsiyanın 32 maddəsinə görə, şəxsin toxunulmazlıq hüququ var. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

Yeniyetmənin qanuni nümayəndəsnin razılığı olarsa, açıqlama verə bilər. Amma azyaşlının üzü efirdə mozaika ilə bağlanmalıdır. Şərti adlar açıqlasnmalıdır. Əks halda, televiziya cinayət məsuliyyəti daşıyır”.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!